Bakıda marketlərdən oğurluq edilib
Xətai Rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub.
Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, həmin ünvana gələn İdarənin əməkdaşları oradan tütün məmulatı oğurlamağa cəhd edən şəxsi cinayət başında yaxalayaraq 35-ci Polis Bölməsinə təhvil veriblər.
Bölmədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini Asif Həsənov olduğu məlum olub.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən A.Həsənovun həmin gün saat 4 radələrində daha bir marketdən oğurluğa cəhd göstərməsi, həmçinin martın 20-də başqa bir marketdən içərisində 3230 manat pul olan seyfi oğurladığı da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21