Bakıda marketlərdə polis postları yaradıldı, maskasız giriş qadağan edildi
Bakıda marketlərdə polsi nəzarəti gücləndirilib.
Ərzaq mağazalarında polis postları quraşdırılıb. Polis əməkdaşları ticarət mərkəzlərinə müştərilərin qoruyucu maskasız daxil olmasını qadağan edib.
Həmçinin mağazaya daxil olan müştərinin ilk öncə hərarəti ölçülür, hərarəti olan müştəri mağazaya buraxılmır. Proses paytaxtın bütün ərzaq mağazalarında və alış-veriş yerlərində həyata keçirilir.
Qeyd edək ki, ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilib, 2294 nəfər inzibati cərimə olunub ki, onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.
Digər Xəbərlər
30 Aprel 2024 18:36
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Aprel 2024 16:18Şuşaya qayıdış başlanır
30 Aprel 2024 16:18Baş nazir: "Salome Zurabişvili satqındır, xəyanətkardır"
30 Aprel 2024 14:12İtkin şəxslərdən 253 nəfəri Ermənistanda saxlanılıb - RƏSMİ
30 Aprel 2024 13:43