adalet.az header logo
  • Bakı 13°C
29 Mart 2023 11:32
504
HADİSƏ

Bakıda mağazada meyit tapıldı

Bakıda mağazada iş adamının meyiti tapılıb.

Adalet.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Bakı küçəsi: 1 ünvanında yerləşən mağazada baş verib. Həmin obyekti icarə əsasında işlədən Daşkəsən rayon sakini, 1973-cü il təvəllüdlü M.Bayramovun meyiti iş yerində aşkar edilib.

Onun üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. M.Bayramovun ölüm səbəbi hələ ki, açıqlanmayıb. 

Faktla bağlı araşdırma aparılır.