Bakıda küçədə döyülən şəxs xəstəxanada öldü
Sabunçu RPİ 15-ci Polis Bölməsinə noyabrın 27-də saat 23 radələrində Zabrat qəsəbə sakini Məhəmməd Əliyevin döyülməsi nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, araşdırmalarla onun həmin gün Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini R.Əzimov tərəfindən xuliqanlıq zəminində döyülməsi müəyyən edilib.
Həkimlərin səyinə baxmayaraq M.Əliyev noyabrın 29-da xəstaxanada ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Əzimov tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Digər Xəbərlər
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
21 Sentyabr 2026 11:42


Bakı -°C

