adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Aprel 2017 21:00
13398
ƏDƏBİYYAT

Bakıda kitab festivalı keçiriləcək

23 Aprel Beynəlxalq Kitab Günü münasibətilə 451 HərəkatıBakıda "451 – BOOK FESTİVAL” adlı kitab festivalı keçirir.

Festival23 Aprel saat 15.00-da ADO-nun binasında keçiriləcək.

Kitab festivalında tanınmış kitab mağazalarının, nəşriyyatlarınstendləri quraşdırılacaq. Dəvət olunan tanınmış yazıçılar isə oxucularınsuallarını cavablayıb kitablarını imzalayacaqlar.

Bundan əlavə olaraqAzərbaycanda kitaba qarşı olan münasibəti installyasiya şəklində sərgidə görməkimkanınız olacaq.
Festival kiçik konsertlə başa çatacaq.


Festivalda iştirak edəcək yazıçılar:

Kamal Aken
Kənan Hacı
Orxan Bahadırsoy
Elxan Elatlı
Mirmehdi Ağaoğlu
Ayxan Ayvaz
Qismət Rüstəmov
Tural Şahtaxtinski
İsmayıl Rizvanoğlu
Ulucay Akif
Şəhriyar del Gerani
Cəlil Cavanşir


Qeyd edək ki, 451 Hərəkatı Kamal Aken tərəfindənyaradılmış, məqsədi ölkədə maarifçiliyin təbliğinə, mədəniyyət və incəsənətininkişafına yönəlmiş bir hərəkatdır. Giriş sərbəstdir.


Əlaqə: +(994)70 621-90-91; +(994)51 658-87-89

Ünvan: ADO Theatre – Collective-nin binası. MirzəağaƏliyev küçəsi 245. AFF Mall Ticarət Mərkəzinin yanı.
Sponsorlar: 451 Hərəkatı, ELİTAR Group, ELİTARAcademy, CNK Colleges, farfalla451