Bakıda kişi birinci arvadının qohumları tərəfindən döyüldü
Bakıda 2-ci dəfə evlənən kişi birinci həyat yoldaşının qohumları tərəfindən döyülüb.
Kütləvi dava Sabunçu rayonunda baş verib.Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə qohumlar arasında kütləvi dava düşüb. Hüquq-mühafizə orqanı əməkdaşlarının report-a verdiyi məlumata görə, dava 32 yaşlı Quliyev Ruslan Faiq oğlunun ikinci dəfə evlənməsi səbəbindən baş verib. R.Quliyevin birinci həyat yoldaşı 31 yaşlı Qənbərova Aygün ərinin bu əməlindən xəbər tutduqda qohumları ilə birgə R.Quliyevin yaşadığı qaynanasının evinə gəlib.
Və hər iki tərəf arasında dava düşüb. R.Quliyev döyülərək ağır xəsarət alıb. Bundan başqa A.Qənbərova da qayınanası tərəfindən döyülüb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, R.Quliyev birinci həyat yoldaşından ayrı yaşayıb. O, ikinci dəfə tanış olduğu xanımla nişanlanıb.(report)
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21