adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Avqust 2017 12:24
35873
SİYASƏT

Bakıda İspaniya bayrağı endirildi

Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədar olaraq İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Bu barədə trend-ə İspaniyanın Bakıdakı səfirliyindən bildiriblər.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Terror aktı nəticəsində 13 nəfər ölüb, xəsarət alanların sayı 119 nəfərə çatıb.