adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Iyul 2019 12:46
37984
MƏDƏNİYYƏT

Bakıda ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir

Bakıda "Super Sun” yağı və"Azerçay” markalarının dəstəyiilə ilk dəfə olaraq Dünya İslam KulinariyaKonqresi keçirilir. Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzivə Azərbaycan Milli Kulinariya Assosiasiyasıın (AMKA)birgə təşkilatçılığıilətəşkil edilmiş beynəlxalq layihədə Dünya İslam Kulinariya Birliyininüzv ölkələrinin nümayəndələri iştirak edib.

 Azərbaycan Respublikasının DövlətHimninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Dünya İslamKulinariya Birliyinin qurucusu və rəhbəri Gökhan Tufan İslam ölkələrinin fərqlivə çox geniş mətbəxə malik olduğunu bildirdi və təbliğat işlərində səylərinartırılmasının zəruri olduğunu qeyd etdi. Daha sonra çxış edən Azərbaycan MilliKulinariya Assosiasiyasıın rəhbəri Tahir Əmiraslanov Azərbaycanda kulinariyanınkeçdiyi yoldan danışaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbəxinindünyada tandılması istiqamətində verdiyi qərarlar və atdığı addımlar barədə ətraflıməlumat verib, hazırda da bu istiqamətdə mühüm işlərin görüldüyünü söyləyib. O,ölkə başçısı cənab İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın Azərbaycanmədəniyyətinin vacib bir hissəsi olan bu sahənin inkişafında müstəsna xidmətlərininolduğunu qeyd edərək təşəkkürünü bildirib.Tahir Əmiraslanov Dünya İslam Kulinariya Birliyinin perspektivibarədə məlumat verərək təşkil edilmiş konqresin mühüm əhəmiyyət kəsb etdiyinibildirib. İlk dəfə olaraq təşkil edilən Dünya İslam KulinariyaKonqresində daha sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək mətbəxin mədəniyyətinən vacib sahələrindən biri olduğunu qeyd edib. Xanım deputat Dünya İslam Kulinariya Birliyinin bütün dünyada islam ölkələrininmətbəxinin təbliğində mühüm rol oynayacağına inandığını söyləyərək konqres təşkilatçılarınauğurlar arzu etdi.

Dünya İslam Kulinariya Konqresindəadılmış daha bir önəmli addım isə "Hilal Star” mükafatının təsisi və ilkdəfə təqdim edilməsi oldu. Bütün dünyada məşhur olan və restoranların yüksəkkeyfiyyətini bildirən "Mişlen ulduzu”nun İslam analoqu olan bu mükafat ilk dəfəolaraq Sumqayıtşəhərində fəaliyyət göstərən "Turan”restoranına təqdim edildi. 18 iyula qədər davam edəcək tədbir çərçivəsində IIBeynəlxalq İslam Kulinariya Çempionatı da təşkil ediləcək. Aşpazlar həm fərdi,həm də komanda şəklində mükafat uğrunda mübarizə aparacaqlar

Qeyd edək ki, "Azerçay” və "Super Sun” markaları daim azərbaycanlı kulinarlaradəstək verərək onların dünyanın müxtəlif ölkələrində təşkil edilən beynəlxalqyarışlarda qələbələr qazanmasında mühüm rol oynayır. İştirak etdikləri beynəlxalqyarışlarda "Super Sun” yağından istifadə edən azərbaycanlı aşpazlar hər zaman ənyüksək mükafatlarla təltif edilirlər. Artıq ölkə hüdudlarını aşaraq dünyanın birçox ölkəsində istehlakçılar tərəfindən böyük rəğbət qazanmış "Azerçay” markasıda mütəmadi olaraq festivallarda kulinarlarımızın əsas dəstəkçilərindən olur üzərindədaşıdığı "Made in Azerbaijan” yazısını layiqincə daşıyaraq ölkəmizi yüksək səviyyədətəmsil edir.