Bakıda ikimərtəbəli yaşayış binası uçdu
Bakının mərkəzində 2 mərtəbəli yaşayış binasında uçqun olub.
Adalet.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 37 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasında baş verib. 20-yə yaxın ailənin yaşadığı köhnə tikili qəzalı vəziyyətdə olub. Son günlər mütəmadi yağışların yağması binanı daha da təhlükəli vəziyyətə salıb və binanın bir tərəfində uçqun olub. Əraziyə qazın və elektrik enerjisinin verilişi dayandırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumları və Nəsimi rayon İcra hakimiyyətinin əməkdaşları yollanıb. Hazırda əraziyə baxış keçirilir.
Digər Xəbərlər
28 Aprel 2024 21:01
Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01