adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Dekabr 2017 17:54
22971
MƏDƏNİYYƏT

Bakıda “ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi qeyd olundu

Bu gün "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda"ICOM Azərbaycan Milli Komitəsi – 25” adlı tədbir çərçivəsindəICOM (Beynəlxalq MuzeylərŞurası) Azərbaycan Milli Komitəsininillik plenar konfransı keçirildi.Konfransda ICOM Azərbaycan Milli Komitəsinin bütün üzvləri iştirak edirdilər.

ICOM Azərbaycan Milli Komitəsinin sədri, AzərbaycanXalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovakonfransın plenar iclasında çıxış edərək, qurumun 25 illik tarixindən danışdı. O,bildirdi ki, ICOM Azərbaycan Milli Komitəsi 1992-ci ildə AzərbaycanRespublikasının Mədəniyyət Nazirliyi tərəfindən muzey işçilərinin qurultayındatəsis edilib, həmin il təşkilatın nizamnaməsi qəbul olunub və sədri seçilib. Postsovetməkanında ilk milli komitənin məhz Azərbaycanda yaradıldığını vurğulayan ŞirinMəlikova 8 iyun 1993-cü il tarixində ICOM-un İcraiyyə Şurasının 78-citoplantısında ICOM Azərbaycan Milli Komitəsinin rəsmi olaraq təsdiq edildiyinidedi. Milli Komitənin 25 il ərzində fəaliyyətinin genişləndiyini bildirən ŞirinMəlikova 1993-1996-cı illərdə 10 nəfər həqiqi üzvü olan qurumun hazırda 106 nəfərfərdi və 2 institutsional üzvü olduğunu diqqətə çatdırdı. Onların 39 muzeyi, ocümlədən Bakıda 26, regionlarda 13 muzeyi və 17 digər təşkilatı təmsil etdiyinidə bildirdi. "ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat olaraq Azərbaycanmuzeylərinin, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsiolan və ICOM təşkilatının üzvü olan şəxsləri birləşdirir” - deyə Şirin Məlikovaqeyd etdi. O, Milli Komitənin əsas vəzifələrinin muzey işi və mədəniyyət sahəsindəəməkdaşlığı gücləndirmək və xarici muzeylərin mütərəqqi təcrübələrinin öyrənilməsindənibarət olduğunu nəzərə çatdırdi. Milli Komitənin prioritetlərindən biri silahlıtoqquşmalar zamanı mədəni dəyərlərin xilas olunması, onların qeyri-qanuni ticarətinəqarşı mübarizə aparılması, mədəni irsin qorunması və ölkədə muzey menecmentinininkişafından ibarətdir.


Şirin Məlikova bildirdi ki, ICOM hər şeydən əvvəl muzeyə, eləcə də əməkdaşlarapraktiki xeyir gətirən məsləhətlər, dəstəklər, birgə layihələrin keçirilməsi,bir-biri ilə əlaqədə olaraq, birgə əməkdaşlıqdan bir çox imkanlar əldə edən,muzey işində çalışan peşəkarların cəmiyyətidir. Milli komitə bütün Azərbaycandamuzey işində peşəkarları bir-biri ilə birləşdirir və eyni zamanda, bir-birinəkömək edərək inkişaf edə, bilik və təcrübə mübadiləsi aparıla bilər, kadrlarınhazırlanması üzrə birgə proqramlar, sərgi, maarifləndirici və digər sferalardamuzey layihələri həyata keçirilə bilər. Bu istiqamətdə Milli Komitəninfəaliyyətinə toxunan Şirin Məlikova dedi ki, beynəlxalq arenada biz öz ölkəmizitəqdim etməli, muzey fəaliyyətimizin keyfiyyətini göstərməli, kolleksiyamızınümayiş etdirməli, Azərbaycan mədəniyyət və incəsənətini təbliğ etməli,ölkəmizin müsbət imicini formalaşdırmalıyıq. Beynəlxalq mütəxəssisləri ölkəmizəcəlb etmək, Bakıda və ölkənin regionlarında illik konfransların keçirilməsinəimkan yaratmaq məqsədi ilə beynəlxalq konfransların işində təşəbbüs göstərmək,beynəlxalq komitələrin heyətinə seçilməyə çalışmaq lazımdır. O, vurğuladı ki,muzeylər bu gün öz ölkəsinin ictimai həyatında aktiv iştirak etməlidir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizmnazirinin müavini Sevda Məmmədəliyeva, "İçərişəhər” Dövlət Tarix-MemarlıqQoruğu İdarəsinin "İçərişəhər” tariximuzeyinin direktoru Cavid Kazımov plenar iclasda çıxış edərək, konfransın işindəvə Milli Komitənin gələcək fəaliyyətində uğurlar arzuladılar.


Tədbirdə İCOM-un prezidenti SuayAksoyun və Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun "ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyiilə bağlıtəbrik məktubu səsləndirildi.

Konfransda ICOM Azərbaycan Milli Komitəsinin yenilənmişveb-saytının təqdimatı oldu.

Sonra ICOM Azərbaycan Milli Komitəsininüç nəfər fəal üzvü diplomlarla təltif edildilər.

Plenar iclasdan sonra konfrans öz işini davametdirdi. Konfransda ICOM Azərbaycan Milli Komitəsinin ən fəal üzvləri təqdimatlarlaçıxış etdilər. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru AllaBayramova "25 il ərzində fəaliyyətimin nəticəsi: iki beynəlxalq komitənin idarəheyətinin üzvü necə seçildim”, "İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun əməkdaşlarıİradə Qasımova və Həcər Alxasova "Arxeologiya və Tarix Muzeyləri vəKolleksiyaları üzrə Beynəxlaq Komitənin (ICMAH) İllik Konfransının Bakıdakeçirilməsinin tarixçəsi (4-6 oktyabr 2017)”, Milli Azərbaycan Tarixi Muzeyinindirektor müavini Məhfuzə Zeynalova "Tarix Muzeyi və ICOM”, "QALA” DövlətTarix-Etnoqrafiya Qoruğunun direktoru Məlahət Fərəcova "Çəkinmə, özünü bir dahasına!”, Azərbaycan Milli İncəsənət Muzeyinin baş mühafizi Nailə Rəhimova "ŞəhərMuzeylərinin Kolleksiya və Fəaliyyətləri üzrə Beynəlxalq Komitə (CAMOC) iləuzun və faydalı əməıkdaşlığım”, "QƏSR Mədəni İrsin və Tarixi AbidələriniQoruyaq” İctimai Birliyinin sədrinin birinci müavini Pərvin Gözəlov "Mədəniirsin tədqiq və təbliğində ICOM Azərbaycan Milli Komitəsinin əhəmiyyəti”, AzərbaycanXalça Muzeyinin baş mütəxəssisi Rəma Zeynalova "ICOM-un qrantları haqqında məlumat”mövzularında çıxışlarını təqdim etdilər.

Konfrans zamanı ICOM Azərbaycan Milli Komitəsininyenilənmiş Nizamnaməsinin müzakirəsi,2019-cu ildə Yaponiyanın Kioto şəhərindəkeçiriləcək ICOM-un Baş Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətininhazırlanması üçün işçi qrupun müəyyənləşdirilməsi, ICOM Azərbaycan MilliKomitəsi tərəfindən "İlin ən yaxşı muzey layihəsi” və "Komitənin ən fəal üzvü”nominasiyalarda təqaüdün verilməsi məsələləri müzakirə olundu.

Konfransın sonunda Azərbaycanın milli musiqialəti olan kamançanın YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativsiyahısına daxil edilməsi ilə əlaqədar Muzey Mərkəzində "Kamança simli musiqialətinin hazırlanması və ifaçılıq sənəti” adlı tədbir və Muzey Mərkəzinin sərgi qalereyasında "Mələyinqanadları” adlı gürcü kukla rəssamlarının sərgisi keçirildi.