Bakıda heroin və "patı" alverçiləri yaxalandı - VİDEO

Bakıda polis narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Xətai rayon sakini Anar Məmmədov tutularaq istintaqa təqdim edilib. Üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
O, ifadəsində narkotik maddələri tanışı Məhərrəm adlı şəxsdən istifadə etmək məqsədi ilə aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Məhərrəm Paşayev də saxlanılıb. Onun üzərində və idarə etdiyi avtomobildə axtarış aparılan zamanı satış üçün 24 ədəd bükümdə qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib. Məhərrəm Paşayev ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı saxlanılan şəxslərin ətraflarında Səbail Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

"Vüsal 300" həbs edildi

Həmin erməni bir il əvvəl müsahibə veribmiş... - VİDEO

Polis 15,2 kq narkotik aşkarlayıb

Həmkəndlisinin başını bədənindən ayırdı - Sabirabadda qətl

Azərbaycan "qırmızı bülleten"lə axtarılan şəxsi Türkiyəyə təhvil verdi

Toy karvanında qaydaları pozan sürücülər saxlanıldı

“Vüsal 300” barəsində cinayət işi başlanıldı - Ofisi möhürləndi
