Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir
Hazırda Bakıda taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə bir neçə layihə üzərində iş aparılır.
Adalet.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mətbuat konfransında deyib.
O qeyd edib ki, Bakı şəhərində yeni taksi dayanacaqları müəyyən edilir:
"Çalışırıq ki, taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın".
M.Ağayev bildirib ki, Bakıda təqribən 180 taksi dayancağı var: "Hazırda hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır".
Digər Xəbərlər
30 Aprel 2024 18:36
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Aprel 2024 16:18Şuşaya qayıdış başlanır
30 Aprel 2024 16:18Baş nazir: "Salome Zurabişvili satqındır, xəyanətkardır"
30 Aprel 2024 14:12İtkin şəxslərdən 253 nəfəri Ermənistanda saxlanılıb - RƏSMİ
30 Aprel 2024 13:43