Bakıda futbol üzrə Avropa çempionatınnın loqosunun təqdimat mərasimi keçirilib
Bu gün Bakı Olimpiya Stadionunda UEFA Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosunun təqdimat mərasimi keçirilib. Adalet.az-ın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən verdiyi xəbərə görə, tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferinin rəhbərlik etdiyi nümayəndə heyəti, AFFA-nın rəhbərliyi, Avro-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarının Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, tədbirin xüsusi qonağı, dünya futbolunun tanınmış simalarından biri, Avro-1988-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimin aparıcıları tərəfindən çıxış üçün səhnəyə ilk olaraq Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov dəvət olunub. Sonra UEFA-nın prezidenti Aleksander Çeferin çıxış edib. Ardınca, indiyə qədər keçirilmiş Avropa çempionatlarının maraqlı məqamlarını əks etdirən qısa videoçarx nümayiş olunub. Ruud Qullitin çıxışından sonra mərasim iştirakçıları Avro-2020-nin oyunlarının ev sahibliyinə iddia irəli sürülərkən AFFA-nın sifarişi ilə hazırlanmış videoçarxı izləyiblər. Tədbirin sonunda səhnəyə dəvət olunan akrobatların maraqlı çıxışının müşayiəti ilə UEFA Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosu təqdim olunub.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06