adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
31 Mart 2015 21:15
3341
KRİMİNAL

Bakıda falçını öldürən şəxs tutuldu

Bakıda 15 gün öncə baş verən  qətl hadisəsinin üstü açılıb.

 

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən şəxs Azərbaycanın rayonlarının birində saxlanılıb və hazırda Bakıya gətirilir.

 

Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5. ünvanında T. Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb.

 

Polisdən T. Talıbov qətlə yetirildiyi ünvanda  falçılıqla məşğul olduğu bildirilib.