adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Noyabr 2014 13:18
5634
MƏMLƏKƏT

Bakıda evlər ucuzlaşacaq

Dünyabazarındakı son dəyişikliklər – neftin və qızılın ucuzlaşması bir çox sahələrdəhiss olunduğu kimi əmlak bazarında da özünü göstərib. 2014-cü ilin geridə qalanayları Bakının və eləcə də ölkənin mənzil bazarında öz spesifikliyi ilə yaddaqaldı.  İlin əvvəlindəki sürətli qiymətartımları daha sonra azalma, payıza doğru isə stabilləşmə və son ayda isədurğunluqla müşahidə edildi. İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki,  neftin ucuzlaşması evlərin də qiymətini aşağısalacaq. Onun sözlərinə görə, qarşıdakı ay yarımda durğunluqun davam edəcəyi və2015-ci ilin ilk aylarından başlayaraq isə əmlak bazarında tələbin azalacağıproqnozlaşdırır.

Digər tərəfdən, əmlak bazarındakı son 2 ildəki qiymət artımlarıheç də iqtisadi səbəblər ilə əlaqələndirilmir. Əksinə, ötən ilki qiymət artımlarında iqtisadifaktorlardan daha çox süni və eləcə də psixoloji amillər rol oynayırdı: " Artıq əmlak bazarındakı"köpüklər” partlamaq ərəfəsindədir. Bu isə mənzil bazarında yenidən qiymətazalmalarında özünü ehtiva edə bilər. Əvvəlla, neftin dünya bazarı qiymətindəazalmalar davam edərsə, bu əmlak bazarında tələbatın azalmasına və qiymətlərinaşağı düşməsinə səbəb olacaq. Neft ölkəsi olan Azərbaycanda dövriyyədə olanpulun həcmi eyni zamanda qara qızılın dünya bazarı qiyməti ilə sıx bağlıdır.İxracımızın 94 faizinin neft və neft məhsullarından ibarət olduğunu nəzərə alsaq, bu zaman enerji sektorunundigər sferalar ilə əlaqəsini müəyyənləşdirmək çətin olmaz. Digər tərəfdən,psixoloji olaraq strateji məhsulların dünya bazarı qiyməti aşağı düşən zaman əmlaka olan tələbatınazalması müşahidə edilir”.

Ekspert ucuzlaşmanın digər bir səbəbinidə Rusiya iqtisadiyyatinda müşahidə edilən durğunluqla əlaqələndirir. Belə ki,bu durğunluq  şimal qonşumuzda yaşayanazərbaycanlıların da maliyyə vəziyyətinə mənfi təsir göstərir. V. Bayramovbildirir ki, 2014-cü ildə Rusiyada yaşayan azərbaycanlıların ölkəmizəgöndərdikləri pulların məbləğinin ən azı 30 faizə yaxın azalacağı gözlənilir: "Monitorinqgöstərir ki, mənzil bazarına tələbatın təxminən 1/3-i MDB-də xüsusən dəRusiyada yaşayan azərbaycanlıları payına düşür. Biznes zəifləyənhəmyerlilərimiz artıq paytaxtın mənzil bazarında ciddi tələb formalaşdırabilmirlər. Başqa tərəfdən, Rusiyada yaşayan və biznes ilə məşğul olanazərbaycanlıların böyük əksəriyyətinin Bakıda mənzili var. Hətta Rusiyada yaşayan həmyerlimizinbir qismi Bakıda 1 deyil,daha çox mənzilə sahibdir. Həmyerlilərimizin biznesinin zəifləməsi onlarınBakıdakı mənzillərini satışa çıxarmasına və təklifin artmasına səbəb ola bilər.

İqtisadçının fikrincə, daha bir səbəb Bakınınmənzil bazarındakı qiymətlərinartıq son həddə olmasıdır.

"Artıq tavana dirəndiyi üçün yeni qiymət yüksəlişləri üçün real zəminyoxdur. Son 2 ildə paytaxtın mənzil bazarında müşahidə edilən qiymətartımları Bakını regionun ən bahalı şəhərlərindən birinə çevrilib. Bu isə,mənzil bazarında psixiloji təzyiq formalaşdırıb”, - deyə V. Bayramov vurğulayır.

Başqa bir səbəb isə paytaxtdainfrastrkturunun genişləndirilməsi ilə bağlı aparılan söküntülərdir ki, bu da  mənzil bazarında böyük həcmdə vəsaitin daxilolmasına gətirib çıxarmır. Kompensasiyaların böyük qismi Bakı ətrafıqəsəbələrində evlərin və ya torpaqların alınmasına yönəldilir. Digər tərəfdən,bu pullar daha çox təkrar mənzil bazarında tələbə təsir göstərir.

Beləliklə,Rusiyadakı durğunluq və neftin dünya bazar qiymətindəki kəskin azalmalar davamedərsə, paytaxtın əmlak bazarı yeni dəyişikliklər ilə üz-üzə qalacaq.