Bakıda çoxmərtəbəli binada yanğın oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
FHN-dən Adalet.az-a verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən texniki otaqda elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 12 kv.m. olan texniki otağın içərisinə yığılmış əşyalar, 6 ədəd elektrik sayğacı və 5p.m. elektrik kabeli yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Yaşayış binasında yerləşən mənzillər yanğından mühafizə olunub.
Digər Xəbərlər

Bakıda məşhur şadlıq sarayları cərimələndi

Sumqayıtda partlayış - Bir nəfər yaralandı

Azərbaycanda övladlığa götürülən qız anasını evdən çıxardı - VİDEO

Hacıqabulda ərazilərin sudan təmizlənməsi davam etdirilir - VİDEO

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı - VİDEO

“Vialon” MMC sakinlərlə razılaşmadan söküntü aparır - VİDEO

Hacıqabulda bəzi əraziləri su basdı - 2 nəfər təxliyə edildi -VİDEO
