Bakıda çörək almağa gedən 15 yaşlı qız YOXA ÇIXDI

Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, hadisə mayın 18-i saat 11:00 radələrində paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində baş verib.
Kirayə yaşadığı evdən çörək almaq adı ilə çıxan 15 yaşlı Muğurova Sehri Nəcməddin qızı bir daha geri qayıtmayıb.
Bu barədə onun anası Balakən rayon sakini G. Muğurova Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciətində bildirib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

17 yaşlı oğlan mağazada yükləri qaldırarkən yıxıldı - VİDEO

AZAL təyyarəsinin qəzasında yaralanan Nurullah Siracov vəfat etdi

Yuxarı Şirvan kanalında bir nəfər batdı
