Bakıda casusluqda ittiham olunan Martin Ryanın həbs müddəti uzadıldı - FOTO
Bakıda casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Ryanın barəsində həbs qətimkan müddətinin uzadılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin vəsatətinə baxılıb.
Adalet.az bildirir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib və Martin Ryanın barəsində həbs müddəti daha 4 ay uzadılıb.
Qeyd edək ki, Martin Ryan ötən il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Bakıda saxlanıb.
Cinayət işi üzrə aparılan araşdırmalar nəticəsində Fransa Səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə "persona-non-grata" (arzuolunmaz şəxs) elan olunaraq ölkəni tərk edib. İş üzrə Fransa kəşfiyyatının geniş casus şəbəkəsi, o cümlədən mötəbər beynəlxalq təşkilatlara nüfuz etdirilmiş nümayəndələri ifşa olunub.
Fransa xüsusi xidmət orqanlarına qarşı qalmaqalı böyüyən işlə bağlı bir neçə gün əvvəl "France Presse" agentliyinə açıqlama verən Martin Ryanın atası Riçard Ryan baş verənlərdə Fransa Kəşfiyyatını günahlandırıb./trend
Digər Xəbərlər
12 Dekabr 2025 18:56
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə bitdi
11 Dekabr 2025 09:46
Məhkəmə Namizəd Səfərovla bağlı QƏRAR VERDİ
09 Dekabr 2025 20:31
Vardanyanın məhkəməsində ifadələr dinlənildi - FOTOLAR
09 Dekabr 2025 18:21
Prokuror ərəblərə həbs cəzası istədi
08 Dekabr 2025 20:45
Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənildi
08 Dekabr 2025 15:29
Məhkəmə Məmməd İbrahimliyə rədd cavabı verdi
05 Dekabr 2025 19:40
Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib
05 Dekabr 2025 16:09


Bakı -°C

