adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 May 2021 17:51
21803
MƏMLƏKƏT

Bakıda bu yol müvəqqəti bağlanır

Bakıda Bəşir Səfəroğlu küçəsinin bir hissəsi yenidənqurma işlərinə bağlanır.

Bu barədə Adalet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər.

Qeyd olunub ki, may ayının 7-dən etibarən Bakı şəhəri, Yasamal rayonu, keçmiş "Sovetski" kimi tanınan ərazidə yerləşən "Mərkəzi Park"ın tikintisi layihəsinin II mərhələsinin tikintisi və Park ətrafı küçələrin bir hissəsinin yenidən qurulması məqsədilə Bəşir Səfəroğlu küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsi yenidənqurma işlərinə bağlanır.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.