Bakıda bu marşrut xəttində avtobuslar yenilənəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 184 nömrəli müntəzəm marşrut xətti üzrə müsabiqə keçirib.
Adalet.az agentliyə istinadən xəbər verir ki, müsabiqədə “General Auto Company” MMC qalib gəlib.
Sabahdan 184 nömrəli marşrut üzrə sərnişinlərin daşınması 13 müasir və komfortlu avtobusla yerinə yetiriləcək. Avtobusları Yeni Suraxanı qəsəbəsinin Dəmiryol stansiyasından başlamaqla yeni sxem üzrə fəaliyyət göstərəcək. Məqsəd vətəndaşların Yeni Suraxanı qəsəbəsindən “Koroğlu” və “Ulduz” metrostansiyaları istiqamətində gedişlərini asanlaşdırmaqdır.
Marşrut üzrə gediş haqqı 0,5 manat təşkil edir və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
"Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmət keyfiyyətinin və əlçatanlığın artırılması, təhlükəsizliyin və marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır", - deyə AYNA bəyan edib.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

