Bakıda bəzi parklanma yerləri ləğv edilir

Cavanşir körpüsünün sökülməsi və təmir işləri ilə əlaqədar bu gündən nəqliyyatın hərəkəti yenidən təşkil edilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Adalet.az-a bildirilib ki, müvəqqəti sxemə əsasən, E1 və 125 nömrəli avtobus marşrutlarının hərəkəti alternativ küçələrlə həyata keçirilir.
“Belə ki, E1 nömrəli ekspres avtobusu “28 May” və Puşkin küçələrindən, 125 nömrəli avtobus isə Rəşid Behbudov, Süleyman Rəhimov küçələri və Azadlıq prospektindən keçməklə öz xətləri ilə hərəkətlərini davam etdirir. Körpünün sökülməsi ilə əlaqədar nəqliyyat vasitələrinin alternativ küçələrlə mərkəz istiqamətində rahat və maneəsiz hərəkətini təmin etmək üçün “28 May”, Nizami, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Sabit Orucov, Yeryomenko və Firuz Qəmbərov küçələrində mövcud olan bəzi parklanma yerləri müvəqqəti ləğv olunur”, - deyə məlumatda bildirilir.
Digər Xəbərlər

Daha 10 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Hazırda tıxac olan yollar - SİYAHI

25 minə yaxın piyada barəsində protokol tərtib edilib
