Bakıda beş nəfərin ölümünə səbəb olan tələbə dərsə tələsirmiş
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlum olub ki, hadisə nəticəsində 20-dən çox şəxsin yaralanmasına, beş nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücü Mahmud Əzizov tələbədir. O, ali məktəblərdən birinin 2-ci kurs tələbəsidir.
Məlumata görə, o, dünən axşam Şamaxı rayonuna gedib və ot sifarişi alıb. Gecə ilə yola çıxan sürücü səhər dərsə çatmaq istəyib, ona görə də gecə yatmayıb və nəticədə bu qəza baş verib.
Qeyd edək ki, sürücünün BC kateqoriyası üzrə sürücülük vəsiqəsi var.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02