adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Iyul 2019 12:18
10620
HADİSƏ

Bakıda bədbəxt hadisə - fəhlənin başına daş düşdü

Bu gün səhər Bakıda bədbəxt hadisə baş verib.

Adalet.az-ın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsindəki "Uğur-2" yaşayış kompleksində qeydə alınıb. Həmin binanın yenidənqurma işlərində çalışan Rauf Cabbarovun başına daş düşüb. Müxtəlif dərəcəli xəsarətlər alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Travmatologiya şöbəsinə yerləşdirilən R.Cabbarova başın travması, döş qəfəsinin xəsarəti və çiyinin əzilməsi diaqnozu qoyulub.