Bakıda avtomobil oğurladı, zəncirvari qəza törətdi
Bakıda avtomobil oğurlayan şəxs zəncirvari qəza törədib.
Adalet.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 28-də Nərimanov rayonunun Ə.Əliyev küçəsindən Bakı şəhər sakini Ramil Allahverdiyevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb və həmin küçədə paytaxt sakinləri Əflatun Əhmədovun idarə etdiyi "KİA" və Təranə Paşayevanın idarə etdiyi "Honda" markalı avtomobillərə vurulub.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Səbri Abdullayev tutulub.
Digər Xəbərlər
04 May 2024 14:37