Bakıda ağır qəza - ölən və yaralananlar var
Bakının Nizami rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, 1954-cü il təvəllüdlü Abbasov Aydın Həsənqulu oğlunun idarə etdiyi "Mercedes” ilə 1974-cü il təvəllüdlü İsmayılov Habil Mahir oğlunun sürdüyü "BMW” toqquşub. Nəticədə hər iki sürücü ilə yanaşı daha 2 nəfər də ağır bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Digər Xəbərlər
02 May 2024 17:40