Bakıda ağır qəza, iki ölü
Bakıda ağır yol qəzası baş verib.
Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 25-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi "VAZ-2107”, Azər Hüseynovun idarə etdiyi "MAZ” və Mehrab Musayevin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən R.Paşayev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
03 May 2024 17:14