Bakıda 7 otaqlı ev yanıb
Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 245 m2 olan 7 otaqlı mənzilin 1 otağında 1 ədəd paltaryuyan maşın, 1 ədəd suqızdırıcı və 1 ədəd ütü masası yanıb. Yanğın zamanı yüksək temperaturdan asma tavan 3 m2 sahədə əriyib.
Mənzil yanğından mühafizə olunub.
Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər Xəbərlər
03 May 2024 17:14