Bakıda 2 otaqlı ev yanıb
Bakıda yanğın qeydə alınıb.
Adalet.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, şəhərin Nərimanov rayonunda ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 8 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər Xəbərlər
27 Aprel 2024 15:15