Bakı-2017: Azərbaycan üzgüçüsü finala yüksəlib
Azərbaycan üzgüçüsü Fatimə Əlkərəmova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 200 m məsafəyə sərbəst üsulla üzmə yarışında finala yüksəlib.
Adalet.az məlumatına görə, təsnifat mərhələsində F.Əlkərəmovanın göstəricisi 2:09.40 saniyə olub.
Finala, həmçinin Türkiyə, İndoneziya, İordaniya, Malayziya və Əlcəzair idmançıları vəsiqə qazanıblar.
Öz növbəsində, İslamiadada artıq iki medal qazanan üzgüçümüz Maksim Şemberev 200 m məsafəyə batterflay üsulu ilə ilkin üzmə yarışında ən yaxşı nəticə göstərib.
Daha bir təmsilçimiz Boris Kirillov isə 50 m arxa üstə üzmə yarışında yarımfinala yüksəlib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06