adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Aprel 2018 12:17
29169
MƏDƏNİYYƏT

Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əməkdaşlığının daha bir uğuru

Bakı Xoreoqrafiya Akademiyası TəhsilKompleksi məqsədyönlü beynəlxalq əməkdaşlıqçərivəsində 2016-cı ildə Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası sıx əməkdaşlığa dair müqavilə imzalayıb. 

Müqaviləyəgörə, Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası respublikamızda keçiriləcəkkütləvi tədbir və yaradıcılıq layihələrinəhazırlıq proseslərini Bakı Xoreoqrafiya Akademiyasında, müəllim vətələbələrin qarşılıqlı təcrübəmübadiləsi əsasında keçirir. Buəməkdaşlıq çərivəsində reallaşan layihələrdən biri də Qazaxıstanın MilliXoreoqrafiya Akademiyasının tələbələrinin Azərbaycan Dövlət Akademik Opera vəBalet Teatrında qala konserti olub.

Tədbirdə hökumət üzvləri, ziyalılar,ictimaiyyət, Azərbaycan universitetlərinin rəhbər və tələbələri, kütləviinformaiya vasitələri, eləcə də Qazaxıstanın Azərbaycanda yaşayan vətəndaşlarıiştirak edib. Konsertən öncə çıxış edən mədəniyyət vəturzim nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan ilə Qazaxıstanı ümumitarixi köklər, ortaq zəngin milli-mədəni irs birləşdiyini və ölkəmiz arasındamövcud əlaqələrin günbəgün genişlənməkdə olduğunu söyləyib:”Azərbaycan iləQazaxıstan arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində dəəməkdaşlıq uğurla inkişaf edir. Bunun bariz nümunələrindən biri də BakıXoreoqrafiya Akademiyası ilə Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasıarasındakı əməkdaşlığımızdır. Bugünkü konsert Qazaxıstan xoreoqrafiya sənətinintəqdimatı kimi bizim üçün çox əhəmiyyətlidir. Ümid edirəm ki, hər ikiakademiyanın müəllim və tələbələri arasında əməkdaşlıq gələcəkdə daha dainkişaf edəcək", - deyə nazir müavini vurğulayıb.

Qazaxıstanın ölkəmizdəki səfiri Beybitİsabayev də öz çıxışında Mərkəzi Asiyadaxoreoqrafiya sahəsində peşəkar təhsilə malik ilk ali təhsil ocağı olanakademiyanın hazırda Azərbaycanla yanaşı Fransa, Çin, Rusiya, Yaponiya və digərölkələrin aparıcı təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.Azərbaycanda keçirilən ilk konsertin təşkilinə görə minnətdarlığını bildirənsəfir, Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının gənc yaradıcı heyətinindaha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.

Konsertdə Qazaxıstanın MilliXoreoqrafiya Akademiyasının tələbələri dünya klassik balet sənətinin nümunələriilə yanaşı müasir, həmçinin Qazaxıstanın milli balet sənəti və xalq rəqsləriilə zəngin olan repertuarla çıxış ediblər.