adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Aprel 2018 16:19
34386
MƏDƏNİYYƏT

Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçirilib

MoskvaDövlət Mədəniyyət və İncəsənət Universitetinin klassik rəqs kafedrasının müdiri, pedaqoji elmlər namizədi, dosentYelenaPerlina Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi (BXA) rəhbərliyinindəvəti ilə akademiyada ustad dərsləri keçirib.

Y.Perlina ustad dərsləri zamanı tələbələrəklassik rəqs sənətinin incəlikləri barədə geniş məlumat verib, onlara müxtəlifxoreoqrafik elementlər və nadir rəqs hərəkətlərini nümayiş etdirib. Eyni zamanda, dərslərdə iştirak edən müəllimheyətinə də öz tövsiyələrini verən Y. Perlinaklassik və müasir rəqslərin vəziyyətindən, eləcə də dünyadaxoreoqrafiya sahəsində gedənproseslər və yaranan yeni cərəyanlar haqqında danışıb. Dərsdən sonra qonaq ona ünvanlanmış suallaracavab verərək, qeyd edib ki, tələbələrin nümayiş etdirdikləri rəqs hərəkətlərivə müəllimlərin tədris metodikası Bakı Xoreoqrafiya Akademiyasının tədrisprosesinin Rusiyanın A. Y. Vaqanova adına Rus Baleti Akademiyasının ənənələrininözündə ehtiva etməsinin bariz nümunədir. Çünki Rus BaletiAkademiyası bugünədək də özündə dünya klassik rəqsinin ən qədim elementləriniolduğu kimi qoruyub saxlamağa müvəffəq olmuşdur. Sonda isə Y.Perlina bu cürgörüşlərin mütəmadi olacağına ümidvarlığını və qonaqpərvərliyə görəAkademiyanın rəhbərliyinə minnətdarlığını bildirib.

Akademiyanınmüəllim və tələbələrinin böyük marağına səbəb olan ustad dərsləri iştirakçılartərəfindən də yüksək qiymətləndirilərək, bu cür görüşlərin beynəlxalq təcrübəninöyrənilnəsində mühüm rolunu vurğulayıblar.