adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Mart 2019 14:15
15197
ƏDƏBİYYAT

Bakı Xoreoqrafiya Akademiyasında Cəfər Cabbarlının 120 illik yubileyi həsr olunmuş konfrans

BakıXoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) görkəmli dramaturq CəfərCabbarlının 120 illik yubileyi münasibətilə "Mən bir sönməz ulduzam ki, daimişıq saçaram” adlı elmi-praktiki konfrans keçirilib. 

Konfransda akademiyanınprofessor-müəllim, tələbə-şagird heyəti, Cəfər Cabbarlının ev-muzeyinindirektoru, ədibin nəvəsi Qəmər Seyfəddinqızı, Əməkdar incəsənət xadimi,yazıçı-dramaturq Əli Əmirli, Xalq artistləri Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova,LaləzarMustafayeva, Əməkdar artist Məsmə Aslanqızı iştirak ediblər. Elmi-praktikikonfransda giriş sözü ilə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri,professor Vəfa Əliyev çıxış edərək, görkəmli yazıçının zəngin yaradıcılığından,Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.Tədbirdə Cəfər Cabbarlının yaradıcılığı barədə ümumi məlumat veriləndən sonraböyük dramaturqun həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayişolunub. Sonra BXA-nın elm və yaradıcılıqişləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanımİbrahimova "Görkəmli dramaturq Cəfər Cabbarlı yaradıcılığının musiqidə təcəssümü”,yazıçı-dramaturq,Əməkdar incəsənət xadimi Əli Əmirli ""Almaz” pyesinin yeni səhnəredaksiyası müasir zaman kontekstində”, BXA-nın Sənətşünaslıq kafedrasınınmüdiri, Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov "Cəfər Cabbarlınınteatrşünaslıq fəaliyyəti”, BXA-nın İctimai fənlər kafedrasının müdiri, Əməkdarincəsənət xadimi, professor Maral Manafova "Cəfər Cabbarlının tərcüməyaradıcılığı”, "Ədəbiyyat qəzeti”nin məsul katibi, yazıçı-publisist Atababaİsmayıloğlu "Cəfər Cabbarlının dramaturgiya yaradıcılığı” mövzusunda məruzələrləçıxış ediblər.

Dahasonra isə C.Cabbarlının bir sıra əsərlərini səhnədə canlandıran Xalq artistiNurəddin Mehdixanlı yazıçının qələmə aldığı əsərlərlə xalq arasında qazandığısonsuz sevgidən, pyeslərinin bu gündə mütləq əksəriyyətinin aktuallığınıqoruyub saxlamasından bəhs edərək, həm də bu konfransın AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin "Cəfər Cabbarlının 120 illiyininqeyd edilməsi haqqında” müvafiq sərəncamından sonra keçirilən, məruzə rəngarəngliyivə bədii tərtibat baxımından ilk dolğun və əhatəli tədbirlərdən biri olduğunuqeyd etdi. Qonaq qismində iştirak edən Xalq artistləri Firəngiz Mütəllimova vəLaləzar Mustafayeva isə ədibin əsərləri əsasında səhnəyə qoyulmuş tamaşalardakırollarından danışdı.

Tədbirinsonunda Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək,konfransın təşkilinə görə, Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə və tədbiriştirakçılarına minnətdarlığını bildirib.