Bakı Xoreoqrafiya Akademiyası qadınlar gününə həsr olunmuş konsert keçirib - FOTOLAR
Martın 7-də Bakı Xoreoqrafiya Akademiyası (BXA) və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının Opera studiyasında 8 Mart Beynəlxalq Qadınlar Günü və yubiley tədbirlərinə həsr olunmuş konsert proqramı keçirilib.
Konsertdə BXA-nın nümayəndə heyəti, Mədəniyyət Nazirliyinin əməkdaşları, incəsənət və media nümayəndələri iştirak ediblər.
Musiqili tədbirdə BXA-nın tələbələri və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistlərinin ifasında
uşaq sosial mövzusuna həsr olunmuş "Göbəkbağı" birpərdəli musiqili tamaşa və Şopenin əsərlərindən ibarət bir pərdəli balet tamaşası təqdim olunub.
Sonda isə BXA-nın yubilyar müəllimlərinə akademiyanın əməkdaşları tərəfindən təbriklər ünvanlanıb.
Konsert izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Digər Xəbərlər
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
09 Sentyabr 2026 09:51
Aleksandr Şarovski vəfat etdi
08 Sentyabr 2026 16:32
Elm, sənət və insanlıq zirvəsində - Gülnaz Abdullazadə
08 Sentyabr 2026 11:16
Türkiyədə yeni arxeoloji kəşflər: qədim heykəllər və tarixi abidələr üzə çıxarılıb -FOTOLAR
07 Sentyabr 2026 15:31
"44" bədii filminin premyerasının vaxtı məlum olub
07 Sentyabr 2026 14:02


Bakı -°C

