adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Noyabr 2019 13:13
15731
ƏDƏBİYYAT

Bakı və Salyandan sonra Taxtakörpüdə İlham Qəhrəmanın 60 illiyi qeyd edilib

Noyabrın 1-də laçınlıların kompakt məskunlaşdığıAğcabədi rayonu Taxtakörpü ərazisində İlham Qəhrəmanın 60 illik yubileyi təntənəlişəkildə qeyd edildi. Rayon İcra hakimiyyətinin məsul şəxsləri, mədəniyyətxadimləri, rayon ağsaqqalları, təhsil işçiləri, söz adamları, poeziyasevərlər,sadə əmək adamları Mədəniyyət Evində baş tutan tədbirə qatılanlar arasında idilər.Səhnəyə qoyulmuş bir topa payız qızıl gülləriylə yurd həsrətli laçınlılararasında qəribə bir uyarlıq vardı. Həmyerliləri şairin böyüdülmüş şəklini də səhnəpərdəsindən asmağı unutmamışdılar. Paytaxtdan, eləcə də Goranboy, Bərdə, Ağcəbədidənqonaqlar da maqraqlılar qismində tədbirə təşrif buyurmuşdular. Yubiley tədbiriniLaçın rayon Mədəniyyət Mərkəzinin direktoru Sadıq Axundov açıq elan etdi. O, özkiçik çıxışında İlham Qəhrəmanı Azərbaycanın çox istedadlı və dəyərli qələmsahibi kimi xarakterizə etdi, onun Laçın, Qarabağ həsrətli şeirlərindəki səmimiyyətdəndanışdı. "Yaddaş” poemasından "Evimiz” fəslini oxuyandan sonra direktor məclisiidarə etmək üçün sözü Bakıdan gəlmiş qonaq, AYB-nin İdarə Heyətinin üzvü, "Azərbaycan”jurnalının baş redaktor müavini Əsəd Cahangirə verdi.

Əsəd Cahangir öz çıxışına laçınlılara sevgisindən,dədə-babalarının tərəkəmə kimi dağ-aran getməsindən və bu zaman Laçındağlarında yurd salmalarından və onlardan eşitdiyi xatirələrdən başladı. Dahasonra bir ədəbiyyat tənqidçisi kimi bu gün həmyerliləri arasında yubileyi qeydedilən İlham Qəhrəmanın yaradıcılığına dərindən bələd olduğunu, şairin indiyə qədərçap olunan 10 kitabından üçünə ön söz yazdığını dedi. Natiq yubilyarı həmişə vətəndaşmövqeyi ilə seçilən, vətənini, xalqını ürəkdən sevən, onun maddi və mənəvi dəyərlərininüstündə yarpaq tək əsən şair kimi xarakterizə etdi. O, İlham Qəhrəmanyaradıcılığının yalançı vətənşüvənlikdən, bayağılıqdan uzaqda durduğunu, şeirdilinin aydın olduğunu dilə gətirdi. Əsəd müəllim şairi səmimi hisslərin tərənnümçüsüadlandırdı. Hansı mövzuda yazmasından asılı olmayaraq oxucunun hisslərinə hakimkəsilə bilmək məharətini xüsusi vurğuladı.Çıxışında görkəmli tənqidçi yubilyardan nümunələr gətirərək onu şeirdəobrazla danışmağın ustası adlandırdı. Ona görə də onun şeirlərinin oxucu tərəfindənyaxşı qavranıldığını, yadda qaldığınıtoplaşanların diqqətinə çatdırdı. Əsəd Cahangir İlham Qəhrəmanın dilimizin incəliklərinədərindən bələd olmasını bir şair kimi tək onun xöşbəxtliyi olmadığını, həm də ədəbiyyatımızın,poeziyamızın qazancı olduğuna diqqət çəkdi. Çıxışını tamalayandan sonra natiqyubilyarı kürsüyə dəvət etdi.

İlham Qəhrəman indiyə qədər Bakıda, Salayanda vəbaşqa məkanlarda olan yubiley tədbirlərindən sonra doğma laçınlılar arasındakeçirilən tədbirin onun üçün xüsusi əhəmiyyət daşıdğını dedi. Laçının simasınınonun füsunkar təbiəti, dağları, mənzərələriylə yanaşı həm də adamlarınınolduğunu qeyd edən şair bu gün doğma yurdun əlçatan olmasa da, adamlarıyla biryerdə olduğuna çox sevindiyini dedi. Şair Laçını sevən, Laçınla bağlı xatirəsiolan insanları itilənərkən çarxda tədricən qəməsi kiçilən bıçaqla müqayisəetdi. Amma sayları azalsa da sevgilərinin həmin bıçaq kimi həmişə ovxarda qaldığını,iti olduğunu dedi.

Daha sonra Laçın rayon İcra Hakimiyyətinin İctimaiSiyasi şöbəsinin rəhbəri Məhəmməd Şahbazova söz verildi. Məhəmməd müəllimyubilyarın şeir yaradıcılığının laçınlılar arasında çox sevildiyini, onunfolklor kitablarının dəyərli olduğunu, bu nümunələrin tariximiz üçün əhəmiyyətindəndanışdı. O, rayon ictimaiyyəti və Laçın rayon İH-nin başçısı Aqil Nəzərliadından yubilyarı təbrik etdi.

Bundan sonraməclis rəngarəng axara düşdü. Aparıcı bir yandan Fəxri Mədəniyyət işçisi aşıqNizami Şirinovu, aşıq VidadiMövlamverdiyevi, aşıq Təbriz Sadıqovu, 6-cı Muğam Müsabiqəsinin laureatı, gəncmuğam müəllimi Qəmbər Axundovu, Şamkənd kənd uşaq musiqi məktəbinin şagirdiTacir Alxanovu, aşıq Əbdüləli Axundovu, şair-aşıq Amil Bəxtiyarı, Elvin Axundovuoxumaq və ifa üçün, bir yandan da ədəbiyyatmüəllimi, şair Eynulla Sadığı, Raziyyə Laçını, 552 saylı Tam Orta məktəbindirektoru Abuzər Abuzərovu, 37 saylı Tam Orta məktəbin direktoru Bəsirə Məmmədlini,Ağcabədi şəhərindən tədbirə qatılmış şair Yusif Kamalı, tanınmış ziyalı, müəllimQoca Qocayevi yubilyar haqqında söz demək və onu təbrik etmək üçün ard-arda səhnəyədəvət etdi. Qeyd edək ki, ifaçılar məxsusi olaraq bu gün üçün oxuduqları şeirlərinhamısını İlham Qəhrəmanın yaradıcılığından seçmişdilər. Aşıq Təbriz şairin"Qoymadılar öləm öldüyüm yerdə” şeirini "Naxçıvanı” havası üstündə o qədərşövqlə oxudu ki, salondakıların alqışı ilə aşıq ikinci dəfə səhnəyə qayıtmalıoldu. Goranboydan tədbirə gəlmiş balmançı-aşıq Eldəniz Elxanoğlunun bir dəmkeşkimi səhnədə aşıqlarla ifaya uyğun geşt eləməsi, məharətli meydangirliyi yaddaqalan oldu. Laçın məktəbliləri Aytacın və Eltonun əzbərində şairin şeirlərinətoplaşanlar maraqla qulaq asdılar. Aparıcı arada yubilyarın özünü də şeirlərindənnümunələr səsləndirmək üçün mikrofona dəvət edirdi.

Məclisin sonunda söz alan İlham Qəhrəman onunyaradıcılığını dəyərləndirib belə gözəl sazlı-sözlü tədbirin keçirilməsinə dəstəkverdiyinə görə cənab başçı Aqil Nəzərli başda olamqla İcra Hakimiyyətinin işçilərinə,tədbirin bilavasitə təşkilatçısı olan Laçın rayon Mədəniyyət Mərkəzinə, sənətadamlarına, məclisi idarə edən qələm dostu Əsəd Cahangirə, tədbirdəiştirak edənlərə öz təşəkkürünü bildirdi. Doğma laçın camaatı ilə bir aradaolmağın kədər qarışıq sevinc hissinin onu heç vaxt tərk etmədiyini, belə görüşlərinhafizələrdə qaldığını dedi.

Axırda xatirə şəkilləri çəkildi.

Bakı (03may 2019) və Salayandan (07 avqust 2019) sonra