adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 May 2019 12:54
20741
ELM VƏ TƏHSİL

BAKI TƏHSİL İDARƏSİNƏ BİR SUAL

Dünən saytlarda qəribə bir video izlədim. Deməli, 314 nömrəliməktəbdə 6-cı sinif şagirdləri rusdili dərsində rəqs edirlər, müəllim PərvizQurbanovla məzələnirlər, sonra hətta müəllimişapalaqlayırlar. Müəllim də yazıq-yazıq baxır. Heç demə, Pərviz Qurbanovun ayağı dasınıq olduğuna görə,yerindən tərpənə bilmirmiş.

Sonra müəllimutandığındanmı, ya nədən ərizə yazıbişdən çıxıb. Hadisə 2017-ci ildə olub.

İndigözünüzün qabağına gətirin, Pərviz Qurbanov o şagirdlərin birinə bir şapalaq vurur, bütün Azərbaycanayağa qalxardı, müəllimi çarmıxa çəkərdilər.Güman ki, haqqında cinayət işi də qaldırılardı.

SözümüzBakı Təhsil İdarəsinədi. Hadisə ilə bağlıaçıqlama vermisiniz, çox gözəl. Xahişimiz odur ki, bir açıqlama da verəsiniz, görəkhəmin müəllim sonra başqa bir məktəbdə işlətəmin olunub, ya yox?!