Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir - FOTOLAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkir.
Adalet.az xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.
Məlumata görə, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı tədbirlər davam etdirilir. Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilmiş avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda görülən işlərin davamı olaraq əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir.
Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
Digər Xəbərlər

Çində qızıldan loqotipi olan BYD satışa çıxarıldı

Paytaxtın bəzi yollarında işıqforlara “yaşıl dalğa” rejimi tətbiq edilib

Hazırda Bakı yolları - SİYAHI

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Bəzi avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilir

Bu avtobuslar 5 ay sonra fəaliyyətini bərpa edir

Bu yollarda sıxlıq var - SİYAHI
