Bakı Şopinq Festivalına 700 min manat xərclənib
"Birinci Bakı Ticarət Festivalı çərçivəsində 1,8 milyon manat dəyərində ƏDV müştərilərə qaytarılıb".
Bunu festivalın yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, birinci festivalda 205 mağaza iştirak edib və onlardan 172-i ƏDV-nin qaytarılması proqramının iştirakçısı olub. "Tax free” sistemi çərçivəsində isə ümumi dövriyyəsi 18,17 milyon manat təşkil etmiş 23 242 hesab faktura təqdim edilib.
Nazir qeyd edib ki, festivalın təşkili üçün büdcədən 700 min manat xərclənib: "Dövlət büdcəsindən xərclənən vəsaitlər heç 1 mln. manatı ötməyib. Amma dövlət büdcəsinin Bakı Ticarət Festivalının keçirilməsindən gəlirləri 5,6 milyon manat təşkil edib. Bu göstərici festivalın təşkilinə çəkilən xərcləri əhəmiyyətli dərəcədə üstələyib”.
Digər Xəbərlər
27 Aprel 2024 16:23
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33Aktrisa: “İnanclara inanmıram”
26 Aprel 2024 13:03“CineMastercard”da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO
26 Aprel 2024 10:52Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO
24 Aprel 2024 11:24