Bakı şəhər prokurorluğunun 14 əməkdaşı cəzalandırılıb
2021-ci il şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 14 nəfər intizam məsuliyyətinə cəlb edilib.
Adalet.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Baş Prokurorluğunun 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində bildirilib.
Qeyd edilib ki, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfərə şiddətli töhmət, 5 nəfərə töhmət elan edilib, 7 nəfərə irad tutulub.
Həmçinin Azərbaycan Respublikası Baş prokurorunun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 18 nəfər mükafatlandırılıb.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:25
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
15 Sentyabr 2026 11:05
Ali Məhkəmə yeniyetmələrin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı
15 Sentyabr 2026 10:52
2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
14 Sentyabr 2026 18:01


Bakı -°C

