adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Oktyabr 2017 15:23
20013
ELM VƏ TƏHSİL

Bakı sakinləri məktəb illəri üçün darıxırlar - SORĞU

Hər il oktyabr ayının 5-i bütündünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlərlə yanaşı, onlarınkeçmiş şagird və tələbələri də xoş xatirələrə dalır, bir anlıq da olsa, hər kəstəhsil aldığı illərə geri dönür. Kimsə ilk dəfə məktəbə getməyini, kimsə tələbəadını qazandığı günü təhsil illərinin ən önəmli anı sayır. Bəs görəsən Bakısakinləri hansını daha çox sevir - məktəb yoxsa tələbəlik illərini ?

"ACT Azərbaycan” 23-28 sentyabr tarixlərindəBakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Bakı sakinləri üçün məktəb illəri daha doğmadır. Rəyiöyrənilən sakinlərin təxminən yarısı məhz məktəb illəri üçün darıxdığınıbildirir (46 %). Respondentlərin digər qismi isə tələbəlik illərini daha əzizsayır (28 %). Həm məktəb, həm də universitetdəki təhsil illəri üçün darıxanlarrəyi soruşulanların beşdə birini əhatə edir (22 %).

Məktəb illəri üçün ən çox darıxanlar əsasən ahıl nəslinnümayəndələridir (65 yaş və daha yuxarı - 64 %). Tələbəlik illərini dahamaraqlı sayanlar elə tələbələrin (18-24 yaş aralığı) özləridir (43 %).

Sorğu23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefonvasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9%-dir.