adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 May 2017 18:21
7255
MƏMLƏKƏT

Bakı sakinləri işğal olunmuş torpaqların azad olunacağına inanır

"ACT Azərbaycan” 19 aprel - 1 may tarixlərində Bakı şəhərindəapardığı sorğu nəticələrini təqdim edir.

Bu gün Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edənLaçın rayonunun Ermənistan ordusu tərəfindən işğalından 25 il keçir. Laçındanbaşqa Dağlıq Qarabağ və ətraf altı rayon da uzun illərdir ki, işğal altındadır.Bu hərbi təcavüz nəticəsində 1 milyondan çox azərbaycanlı tarixi torpağındandidərgin düşüb. Bəs Bakı sakinləri Dağlıq Qarabağ münaqişəsinin həllinəinanırmı ?

Rəyiöyrənilmiş respondentlərin böyük əksəriyyəti (94 %) torpaqların işğaldan azadolunacağına inanır. Cəmi 6 % münaqişənin həllinə bədbin yanaşır.

Sualıcavablandıran qadınların 93 %-i, kişilərin isə 97 %-i işğal olunmuş DağlıqQarabağ və ətraf 7 rayonun işğaldan azad olunacağına inanır.

Sorğu 19 aprel – 1 may tarixlərindəBakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.