adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Yanvar 2018 10:55
11084
GÜNDƏM

Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs oldu

Nazirlər Kabineti "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib.

Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin imzaladığı sənədə əsasən Bakı Sağlamlıq Mərkəzinə publik hüquqi şəxs statusu verilib.

Dəyişikliyə əsasən, publik hüquqi şəxs qismində Bakı Sağlamlıq Mərkəzi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.