Bakı metrosunun iş rejimi dəyişir
"Bakı Metropoliteni" QSC qeyri-iş günləri ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək.
Adalet.az xəbər verir ki, 9 May − Faşizm Üzərində Qələbə Günü və mayın 11-də "28 May-Əhmədli" və əksinə istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.
Bənövşəyi xətdə, həmçinin "Cəfər Cabbarlı-Xətai" və "Həzi Aslanov-Əhmədli" mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.
"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.
İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Digər Xəbərlər
24 May 2026 23:45
Leyla Əliyevanın iştirak etdiyi toyun sahibi bəlli oldu - VİDEO
24 May 2026 23:21
Elektrik cihazlarını şəbəkədən ayırın, telefonla danışmayın - XƏBƏRDARLIQ
24 May 2026 19:00
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
23 May 2026 23:31


Bakı -°C

