adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Oktyabr 2019 14:39
9364
MƏMLƏKƏT

Bakı metropoliteninin yenilikləri beynəlxalq tədbirdə diqqət mərkəzində olub

RusiyanınNijniNovqorodşəhərində "Metro" BeynəlxalqAssosiasiyasınaüzvolanmetropolitenlərinbaşmühəndislərininənənəviilliktexnikişurasınıniclasıkeçirilib. Tədbirdə "BakıMetropoliteni" QSC-niistismar üzrəbaşmühəndis ƏlixanOsmanovtəmsiledib. Tədbirin gündəliyi, həmişəki kimi, aktuallığı ilə seçilərək, son dövrlərindaha çox gündəmdə olan məsələlərini əhatə edib.

"Bir qayda olaraq belə mötəbər toplantıdatexniki məsələlərə öz mövqeyi, təcrübəsinə uyğun olaraq, daim xüsusi peşəkar yanaşmatərzi nümayiş etdirən və hər məsələdə öz rəyi olan Bakı metropoliteninə, həmişəolduğu kimi, bu dəfə də xüsusi münasibət var idi. Bakı metropoliteni keçmiş SSRİməkanı yeraltı dəmiryol nəqliyyatı müəssisələriarasında öncüllüyü ilə seçilir. Bu səbəbdən Assosiasiyada Bakımetropoliteninin təcrübəsinə istinadən müəssisədəki mühəndis düşüncəsi ilə hesablaşırlar"deyən Əlixan Osmanov onu da əlavə edir ki, son illərdə Bakı metropoliteninin əldəetdiyi texnoloji nailiyyətlərə, həyata keçirilən mühəndis-texniki yeniliklərə budəfəkiiclasda da maraq böyük olub.

Metropolitenlərinelektrik təchizatı ilə bağlı problemlərin müzakirəsi zamanı Bakı metropolitenində beləhallarda tətbiq edilmiş konsepsiya yığıncaq iştirakçılarında böyük maraqdoğurub. Azərbaycan Respublikasının Prezidentinin birbaşa tapşırığı ilə qısa müddətdəhəyata keçirilən bu layihə Bakı metropoliteninin daha bir sahədə nümunəvilikaktı kimi, mühəndis fikrinin diqqətini çəkib. Əlixan Osmanov bu layihənin Bakı metropolitenininyeni xətlərində tətbiq olunacağını da qeyd edib. İclas iştirakçıları bakılı həmkarlarınınbu nailiyyətini metropolitenə xüsusi diqqətinnəticəsi və yeraltı dəmiryolu nəqliyyatında təhlükəsizliyin təminatında tarixi yenilikadlandırıblar.

Metropolitenin bu xüsusda diqqətəlayiq daha birlayihəsi də həyat əhəmiyyətli kommunkasiyaların elektrik enerjisi ilə fasiləsiztəchizatı barədədir. Bakı metropolitenində bununla bağlı işlənib hazırlanankonsepsiyanın həyata keçirilməsi istiqamətində işlər yaxın vaxtlarda başlanılacaq.Bu məsələ, elektrik enerjisinin verilişində yaranmış fasilə, eləcə də qısamüddətliproblemlərin avadanlıq və sistemlərin işinə təsirinin aradan qaldırılmasını nəzərdətutur. Bununla bağlı, Bakı metropolitenin görmək istədiyi işlər, konsepsiyanıntexniki xüsusiyyətləri iclasda iştirak edən mütəxəssislərin diqqətini çəkib vətəcrübə mübadiləsi təklifləri verilib.

Metropolitendən istifadə məhdudiyyəti olan sərnişinlərləbağlı layihələrdən bəhs edərkən, Əlixan Osmanov bu ildən postsovet məkanında nümunəsiolan layihənin Bakıda da həyata keçirilməyə başladığını qeyd edib. Bu məqsədləyaradılan xüsusi işçi qrupu ilə müvafiq təlimlər keçirilib, həmçinin əlilarabasından istifadə edən sərnişinlər üçün xüsusi qurğular, o cümlədən məhdud hərəkətimkanlı, lakin əlil arabası istifadəçisi olmayan sərnişinlərin də maraqları nəzərəalınıb. Ümumiyyətlə bu xidmətin fəaliyyət spektri təkcə əlil arabalarınındaşınması ilə məhdudlaşmır.Bundansavayı, əhalinin müxtəlif kateqoriyasından olan insanlara, o cümlədən ahıllara,görmə və eşitmə imkanları məhdud, əl yükü olan hamilə xanımlara, uşaq arabasıilə hərəkət edənlərə də xidmət göstərilir.

Baş mühəndislər metroda sərnişinlərin təhlükəsizliyinintəmin edilməsi baxımından bir sıra məsələlər ətrafında müzakirələr aparıblar.Əlixan Osmanov son dövrlərdə bir çox metropolitenlərdə tətbiqinə başlanılansistemlərin artıq köhnəldiyini qeyd edib. "Bakı Metropoliteni" QSC-ninistismar üzrə baş mühəndisi bu məsələ ilə bağlı müasir avadanlıq və qurğularıninkişafını izləməklə kifayətlənməyərək, yanaşma sistemini, metodika və üsulları,həmçinin hərəkətin təşkilinin xüsusiyyətləri ilə vəhdətdə öyrənilməsininvacibliyini qeyd edib, müşahidələrini və qənaətini bölüşüb. Bakımetropoliteninin təmsilçisi tətbiq edilən bir sıra texnologiyalarla yoxlamanınmetropolitenə yaxın ərazilərdən başlanmalı olduğunu və təhlükəsizliyin təminatındabunun vacibliyini söyləyib. Buna nümunələrdən biri kimi üztanıma sistemlərinindaha effektli tətbiqi ilə bağlı fikirlərini söyləyib.

Metropolitenlərdə yanğın təhlükəsizliyi ilə bağlıxüsusi istilik kameraları adlandırılan rəqəmsal sistemlərin tətbiqi müzakirəolunub. Bu sistemlər avadanlıq və qurğuların müəyyən edilmiş norma hədlərinicüzi aşdıqda belə, idarəetmə mərkəzinə məlumat ötürür.

Texniki şurada müzakirə olunan mühüm məsələlərindənbiri də tikinti norma və qaydalarının yenidən işlənməsi olub. Son dövrlərinnailiyyətləri, texnoloji inkişaf bu mühüm və fəaliyyətdə rəhbər tutulan sənədlərdədəyişikliklərin edilməsi qarşılıqlı müzakirələrdən sonra qurumların daxilolduğu ölkələrin hökumətlərinə tövsiyə olunacaq.

Mühüm məsələlərdən biri də vaqonların zavod şəraitindəəsaslı təmiri və onun keyfiyyəti ilə bağlı olub. Yığıncaqda təmir prosesinə nəzarət,əsaslı təmirin keyfiyyətinə zəmanət, istehsalçı müəssisəninimkanlarından asılılıq və s. bu kimi məsələlər ətrafında müzakirələr aparılıb. Buməsələdə Bakı metropoliteninin təcrübəsi təqdirəlayiq sayılıb. Müasir dövrün tələblərinəuyğunlaşmanı optimal qaydada tətbiq etməyə çalışan Bakı metropoliteni bu addımıilə iqtisadi səmərə əldə etməklə yanaşı, bu sahənin mənimsənilməsi, orada yeniliklərintətbiq edilməsində keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Əldə olunaniqtisadi və texniki səmərədən savayı, bu, vaqonların yerli metropolitenin tələblərinəuyğun modernləşdirilməsinə, praktiki yeniliklərin daha da genişləndirilməsinə, kadrpotensialının gücləndirilməsinə, elmi biliklərin artması kimi üstünlüklərə dəyol açır. Bu məsələ də Azərbaycan dövlətininmetropolitenə verdiyi önəmin təzahürü kimi qiymətləndirilib.