17 Oktyabr 2025 17:27
98
GÜNDƏM

"Bakı Metropoliteni"ndə daha bir rəis vəzifəsindən getdi - Səbəb nədir?

"Bakı Metropoliteni" Qapalı Səhimdar Cəmiyyətində (QSC) daha bir departament rəisi vəzifəsindən azad olunub. 

Adalet.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə qurumun Nəqliyyat və Xüsusi Texnika Departamentinin rəisi Həbib Həsənov işdən çıxarılıb.

Həbib Həsənovun vəzifəsindən azad olunması barədə məlumatı "Bakı Metropoliteni" QSC-dən təqsiqləyiblər. Bildirilib ki, Həbib Hacıyev öz xahişi ilə işdən ayrılıb. O, bundan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qərar verib.

Qeyd edək ki, bundan əvvəl QSC-nin sədri Vüsal Aslanovun əmri ilə qurumun Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi Aqil Allahverdiyev tutduğu vəzəfisindən azad olunub.