adalet.az header logo
  • Bakı -°C
05 Mart 2019 17:16
8256
GÜNDƏM
A- A+

Bakı meriyası Müsavatın mitinqinə icazə vermədi

Müsavat Partiyası martın 10-na təyin etdiyi yürüş-mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı rəsmi müraciətə baxılıb.

 Bakı meriyası yürüş-mitinqə icazə verilməyib.

Müraciətdə qeyd olunurdu ki, Müsavat Partiyası martın 10-da, saat 15:00-dan 17:00-dək Azadlıq metrostansiyası yaxınlığındakı meydandan başlamaqla S. S. Axundov küçəsi ilə yürüş, sonda Dərnəgül metrostansiyası yanındakı meydanda mitinq keçirəcək.

Aksiyada "Siyasi məhbuslara azadlıq” və digər tələblər irəli sürüləcəkdi.