Bakı məktəblərində formaların seçimi təsdiq edildi

Bakı məktəblərində pedaqoji şuralar tərəfindən məktəbli formalarının seçimi təsdiq olunub.
Adalet.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məktəbli forması Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək tədbirdir və idarə burada kommunikasiyaedici tərəfdir.
"Bu istiqamətdə çox yaxşı iş gedir. Vahid məktəbli geyimi nizam-imtizamın başlanğıcıdır. Düşünürük ki, məktəblərimiz bu sahədə də göz oxşayacaq",- deyə o əlavə edib.
Digər Xəbərlər

Azərbaycan Universitetində Heydər Əliyevin 102-ci ildönümü qeyd edildi - FOTOLAR

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - FOTOLAR

IV və VI sinif şagirdləri üçün monitorinqlər təşkil olunacaq
