adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Mart 2020 16:33
7581
GÜNDƏM

Bakı Limanında koronavirusa qarşı profilaktik tədbirlər davam edir

Bakı Limanında koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Adalet.az-a qurumdan məlumat verilib. Liman əməkdaşlarına və ərazidə yerləşən sürücülərə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) hazırladığı broşürlər paylanılıb. Məlumatlandırıcı broşürdə virusdan qorunmaq, eyni zamanda gigiyenik qaydalara əməl edilməsinə dair informasiya əks olunub. Qeyd olunan broşürlər limanın inzibati binalarında, anbarlarda, giriş-çıxış məntəqlərində yerləşdirilib.

Həmçinin, liman ərazisində əməkdaşların, qonaqların və sürücülərin əllərini dezinfeksiya etməsi üçün xüsusi dərman məhlulları olan qutular qoyulub.