“Bakcell"in dəstəyi ilə "Google AI Hackathon" baş tutub - FOTOLAR
"Bakcell"in rəsmi sponsorluğu və Tech Academy-nin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Google AI Hackathon" baş tutub.
Adalet.az xəbər verir ki, IDDA-nın ev sahibliyi etdiyi innovasiya və yüksək texnologiyaları təmsil edən tədbir, yaradıcı beyinləri, süni intellekt həvəskarlarını, developer və proqramçıları bir araya toplayıb. Google-ın möhtəşəm Sİ platforması olan "Gemini"dən istifadə edərək yenilikçi həllər tapmağa çalışan 21 komanda 2 gün ərzində qalibiyyət üçün yarışıb.
"Bu möhtəşəm tədbirin Bakıda keçirilməsi Azərbaycanın texnologiya sahəsindəki liderliyini və innovasiyaya olan dəstəyimizi təmsil edir. Komandaların nümayiş etdirdikləri yaradıcılıq və istedad həqiqətən ilhamverici idi. Bugünkü tədbiri dəstəklədiyimiz kimi, Azərbaycanın parlaq gənclərinin də hər zaman yanındayıq", - deyə "Bakcell"in Baş İcraçı Direktoru Klaus Müller bildirib.
"Bakcell" əməkdaşının da təmsil etdiyi münsiflər heyətinin qərarına əsasən 2-ci günün sonunda hakatonun qalibləri təyin olunub. “CODAGE” adlı komanda 1-ciliyə layiq görülərək 3000 AZN, 2-ci yeri tutan “JOSUA VERSE” komandası 2000 AZN, “LİBRA VƏ SPARK” komandası isə 3-cülüklə 1000 AZN dəyərində pul mükafatı qazanıblar.
Digər Xəbərlər
27 Sentyabr 2026 11:36
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
26 Sentyabr 2026 10:10
Süni intellektlə bank rəhbərinin səsini təqlid edib - 95 milyon oğurladılar
24 Sentyabr 2026 15:49
Bakcell-də hədiyyə mövsümü başladı
24 Sentyabr 2026 09:34
Süni intellekt nəzarətdən çıxmasın deyə - 20 il həbs təklif edirlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17


Bakı -°C

