“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
Yeni 100 seriyalı prestijli nömrələri "Bakcell"in rəsmi satış məntəqələrindən fiziki SIM və eSIM, həmçinin rəsmi vebsayt və mobil tətbiq vasitəsilə eSIM olaraq əldə etmək mümkündür.
Yeni seriyalı nömrələri onlayn şəkildə əldə etmək üçün sadəcə Bakcell - eSIM səhifəsinə keçid etmək kifayətdir. Link vasitəsilə, həmçinin smartfonun eSIM-i dəstəkləməsini yoxlamaq olar.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
05 Aprel 2026 16:08
Çin şirkətləri ABŞ ordusu barədə "kəşfiyyat məlumatları" satmağa başlayıblar
02 Aprel 2026 16:36
Azərbaycanda TikTok istifadəçiləri üçün YENİ QAYDA
01 Aprel 2026 17:39
Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
31 Mart 2026 15:02
“Windows”un gizli FUNKSİYALARI
29 Mart 2026 18:11
Bu ölkədə uşaqların sosial mediadan istifadəsi qadağan edildi
21 Mart 2026 09:08
Bu il smartfon almadan öncə diqqət ediləsi 5 MƏQAM
19 Mart 2026 16:05
Bakcell rouminqi ilə Novruz tətilində dünyanı kəşf edin!
18 Mart 2026 13:11


Bakı -°C

