"Bakcell" yeni məhsulu ilə F1 sürətini evlərə gətirəcək!
"Bakcell" Azərbaycanda mövcud olan istənilən sürətdən daha sürətli yeni məhsulunu - "F1 Star" fiber internet paketini təqdim edir.
Adalet.az xəbər verir ki, ölkənin ən sürətli mobil operatoru" şüarı ilə bütün ölkəyə bənzərsiz internet sürəti təmin edən Bakcell, bu dəfə yeniliyi evlərə gətirir.Özündə mesh Wi-Fi ruterləri birləşdirən məhsul,evin sahəsindən və mərtəbəsindən asılı olmayaraq hər küncündə eyni yüksək sürət performansını göstərəcək.
1 Gigabit sürət imkanına malik F1 Star məhsulu 14 may 2024-cü il tarixindən etibarən abunəçilərin ehtiyaclarını qarşılamaq üçün hazırlanmış müxtəlif planları ilə satışa çıxarılıb. Bakcell-in təqdim etdiyi bu eksklüziv məhsul ilə abunəçilər dəyərli anlarını kəsintisiz və sürətli ev interneti vasitəsilə yaşaya bilərlər.
"F1 Star-ın ən sürətli sabit internet olması ilə yanaşı, Bakcell-in mükəmməlliyə, innovasiyaya və Azərbaycan xalqına sadiqliyini təmsil edir. Hədəfimiz yeni məhsulla yanaşı, bütün Azərbaycan ərazisində, xüsusən də Azərbaycan üçün olduqca önəmli və dəyərli anlarla zəngin olan Qarabağda ən sürətli sabit şəbəkəni təmin edərək, dəyər təkliflərini artırmaqdır. Yeniliklərimiz bununla bitmir, yaxın gələcəkdə abunəçilər üçün faydalı bir neçə məhsul seriyası təqdim edəcəyik." deyə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller bildirib.
"Bakcell" 3 milyondan çox abunəçini ölkənin ən sürətli mobil şəbəkəsi ilə təmin edir. Şirkət NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
27 Sentyabr 2026 11:36
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
26 Sentyabr 2026 10:10
Süni intellektlə bank rəhbərinin səsini təqlid edib - 95 milyon oğurladılar
24 Sentyabr 2026 15:49
Bakcell-də hədiyyə mövsümü başladı
24 Sentyabr 2026 09:34
Süni intellekt nəzarətdən çıxmasın deyə - 20 il həbs təklif edirlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17


Bakı -°C

